“Liverpul”un futbolçusu Stefan Bayçetiç karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 20 yaşlı futbolçu “Las Palmas”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stefan mövsümün sonuna kimi La Liqa klubunda icarədə olacaq.
Bayçetiçin “transfermarkt”da dəyəri 9 milyon avrodur.