“Liverpul”dan ayrıldı, İspaniyaya yollandı

“Liverpul”dan ayrılan Adrianın yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, 37 yaşlı qolkiper “Betis”ə keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan qapıçı ilə 2 illik müqavilə imzalanıb.

Adrian “Betis”in yetirməsidir. O, Əndəlüs təmsilçisinin əsas komandasında 14 oyuna çıxıb.