“Liverpul”da yeni müqavilə

“Liverpul” futbolçusu Carell Quansa ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmənin detalları açıqlanmayıb.

Quansa 2023-cü ilin yayından “Liverpul”un əsas komandasında çıxış edir. O, bu mövsüm Premyer Liqada 1 oyunda oynayıb.