“Liverpul”un qapıçısı Adrian Kastilyo klubu tərk edəcək.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı qolkiper “qırmızılar”ın yeni müqavilə təklifini qəbul etməyib. Bu barədə ABC nəşri məlumat yayıb.
Adrian karyerasına başladığı “Betis”ə qayıtmaq istəyir və La Liqa klubu ilə danışıqlar aparır.
Sonuncu dəfə 2022-ci ilin yayında “Liverpul”da meydana çıxan Adrian “Betis”də bir mövsüm oynayıb, karyerasını bitirməyi düşünür.