“Liverpul”a “yox” demişdi, indi onlar hərəkətə keçəcək

“Mançester Siti” yarımmüdafiəçi Rodrinin uzun müddətə sıradan çıxmasından sonra bu mövqeyə axtarışlara başlayıb.

Futbolpress.az xəbər verir ki, “şəhərlilər”in əsas hədəfi “Real Sosyedad”dan Martin Zubimendidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəhbərlikdən 25 yaşlı futbolçunun transferini tələb edib.

Zubimendinin sərbəstqalma məbləği 60 milyon avrodur. “Mançester Siti” bu məbləği ödəməklə transferi reallaşdırmaq istəyir.

Martin yayda “Liverpul”dan təklif alsa da, “yox” cavabı verib.

Zubimendi İspaniya millisinin də üzvüdür. O, bu mövsüm La Liqada 9 oyunda 1 qol vurub.