“Liverpul” yeni baş məşqçisini açıqladı

“Liverpul”un yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisinin sükanı Arne Slota tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Slot “Liverpul”da Yurgen Kloppu əvəzləyib.

Niderlandlı çalışdırıcı son olaraq ölkəsində “Feyenoord”a rəhbərlik edib.