“Liverpul” Salaha əvəzləyici tapıb

“Liverpul” yayda komandadan ayrılacağı iddia edilən Məhəmməd Salaha əvəzləyici tapıb.

Futbolpress.az xəbər verir ki, “qırmızılar” hücuma Dortmund “Borussiya”sından Karim Adeyemini düşünür. Bu barədə “Sky” nəşri məlumat yayıb.

Adeyemi bir müddətdir “Liverpul”un hədəfindədir. Klub mövsümün sonunda onunla danışıqlara başlamağı planlaşdırır.

Alman hücumçu bu mövsüm 8 oyunda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.