“Liverpul” onunla da müqaviləni uzatdı

“Liverpul” futbolçusu Vircil Van Dayk ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı müdafiəçinin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

Van Dayk bu mövsüm Premyer Liqada 32 oyunda meydana çıxıb.

“Liverpul” daha öncə Məhəmməd Salahla müqaviləni uzadıb.