“Liverpul” onun transferində israrlıdır

“Sportinq”in futbolçusu Qonçalo İnasio karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” 22 yaşlı müdafiəçini transfer etmək istəyir. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. “Sportinq” İnasionun satışından 45 milyon avro qazanmağı düşünür.

“Liverpul” portuqaliyalı oyunçunun transferində israrlıdır və lazım olan məbləği ödəməyə hazırdır.

“Sportinq”in yetirməsi olan İnasio əsas komandada 171 oyunda 15 qol vurub, 9 məhsuldar ötürmə edib.