İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Futbolpress.az GOAL nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi “Real Sosyedad”ın 25 yaşlı yarımmüdafiəçisi Martin Subimendini heyətinə qatmaq istəyir. “Liverpul” bunun üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır.
Martin Subimendi ötən mövsüm “Real Sosyedad”ın heyətində 45 görüşdə 4 qol, 1 ötürmə ilə yadda qalıb.