“Liverpul” gürcü qapıçının transferini rəsmiləşdirdi

“Liverpul” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi “Valensiya”dan Giorgi Mamardaşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiperlə razılaşmanın detalları açıqlanmayıb.

Mamardaşvili mövsümün sonuna kimi icarə əsasında “Valensiya”da forma geyinəcək.