“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldun satılmasına icazə verməyəcək.
Futbolpress.az xəbər verir ki, İngiltərə klubu yanvar ayında Madrid “Real”ının təklifinin ölçüsündən asılı olmayaraq bunu qəbul etməyəcək. Hətta “mersisaydlılar” “Los Blankos”un oyunçu üçün ilkin tələbini artıq rədd edib və onunla yeni gəlirli uzunmüddətli müqavilə imzalamağa davam etmək niyyətindədir.
“Liverpul”un mövqeyi bu ay heç bir şəraitdə dəyişməyəcək. Hətta İspaniyada yayılan söz-söhbətlərə görə Aleksander-Arnold üçün ikinci təklif olsa belə.
Qeyd edək ki, 26 yaşlı ingiltərəli futbolçunun klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.