“Liverpul” Alissona gürcü əvəzləyici tapdı

“Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili karyerasını Premyer Liqada davam etdirə bilər.

Futbolpress.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Liverpul” gürcüstanlı qapıçını heyətinə qatmaq istəyir.

“Liverpul” qolkiperi Alissona əvəzləyicisi kimi düşünür. Mamardaşvilinin “Valensiya” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Alissonun Səudiyyə Ərəbistanı klublarının birinə keçəcəyi gözlənilir.