“Liverpul” 4 il sonra bunu yaşadı

“Liverpul” İngiltərə Premyer Liqasının XXXI turunda “Fulhem”ə uduzub – 2:3.

Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisi ilk hissədə 3 qol buraxıb. “Opta”nın məlumatına görə, “qırmızılar” sonuncu dəfə 2020-ci ildə “Aston Villa” ilə matçda bir hissədə 3 qol buraxmışdı.

“Liverpul” Premyer Liqada 73 xalla liderdir. “Fulhem” isə 48 xalla 8-cidir.