Fransa Liqa 1-də XXI tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Marsel” qələbə qazanaraq ikinci pillədəki yerini bərkidib.
“Lill” autsayder “Havr”a uduzmaqla futbolsevərlərin təəccübünə səbəb olub.
Turun açılış günündə iki matç baş tutub. “Brest” səfərdə, PSJ evdə vacib qələbə qazanmaqla 3 xala sahib çıxıb.
Fransa Liqa-1
XXI Tur
7 fevral
Nant – Brest 0:2
Qollar: L.Ayorki, 9, Lis-Melou, 90+6
8 fevral
PSJ – Monako 4:1
Qollar: Vitinya, 6, X.Kvaratsxeliya, 54, O.Dembele, 57, 90 – D.Zakariya, 17
Nitsa – Lans 2:0
Qollar: C.Laborde, 10 (pen.), J.Klaus, 64
Lill – Havr 1:2
Qollar: Ç.Akpom, 90+7 – A.Hassan, 38, İ.Soumare, 56
9 fevral
Sent-Etyen – Renn 0:2
Qollar: A.Kalimuendo, 15, M.Nacida, 85
Lion – Reyms 4:0
Qollar: N.Taqliafiko, 36, C.Tolisso, 68, R.Çerki, 79, G.Mikautadze, 90+3
Oser – Tuluza 2:2
Qollar: J.Junior, 62, H.Traore, 73 – K.Kresvel, 68, N.Edcuma, 89
Strasburq – Monpelye 2:0
Qollar: E.Emeqa, 45+2, S.Nanasi, 69
Anji – Marsel 0:2
Qollar: A.Rabiyo, 69, N.Maupey, 74