“Lion” sabah Avropa Liqasının Liqa mərhələsi çərçivəsində səfərdə”Qarabağ”la qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Fransa təmsilçisinin baş məşqçisi Pyer Saj iştirak edib. Təcrübəli mütəxəssis oyun haqqında fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:
– Yaxşı oyun sərgiləmək üçün bura gəlmişik. Xüsusi bir ssenari yoxdur. Sabah qələbə qazanmaq istəyirik. Meydanda hər zamankı kimi hərəkət edəcəyik.
– Abdullah Zubir və Yassin Benziaya xüsusi diqqət ayıracaqsız?
– Benzia yaxşı formadadır. Onlar Fransada doğulmuş gənc nəsli təmsil edirlər. Amma rəqibin heyətində təkcə Fransadan olan futbolçular yoxdur. Oyunumuzu “Qarabağ”ın digər keyfiyyətli oyunçularının üzərində də qurmağa çalışacağıq. Rəqibimiz fiziki hazırlığı yerinə olan komandadır. “Ayaks”la matçda qırmızı vərəqə onların oyununa təsir etdi. Sabah “Qarabağ”a qalib gəlməyə çalışacağıq.
– “Qarabağ” Fransa komandalarına qarşı 11 oyun keçirib. Bu matçlardan hansını izləmisiz?
– Təhlil edərkən onların xüsusilə avrokubok oyunlarını izləmişik.
– Hansı sistemlə oynayacaqsınız?
– Bu, rəqibin bizə nə qədər imkan verməsindən asılıdır.
– Vilfred Zahanın az oynamasının səbəbi nədir?
– Onun göstərdiyi performansla bağlıdır.