“Lion”dan yüksək məbləğli transfer

“Lion” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Nottingem Forest”dən Mussa Niakateni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Lion” Niakate üçün İngiltərə klubuna 31,9 milyon avro ödəyəcək.

Mussa Seneqal yığmasının da üzvüdür.