Fransanın “Lion” klubu maliyyə feyr-pleyi problemi ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, klub yay transfer dönəmində transferlərə 134 milyon avro xərcləyib. Satışı isə 100 milyon avroya çatmayan kluba maliyyə sanksiyası tətbiq edilə bilər.
“Lion” problemin həlli üçün əsas komandadakı bütün oyunçuları satışa çıxarıb. Klub artıq 18 yaşlı müdafiəçi Mamadu Sarrı 10 milyon avroya “Strasburq”a satmağa razılaşıb.
Fransada transfer dönəminin bağlanmasına 8 gün qalıb. “Lion” 100 milyonluq satış etməzsə, maliyyə sanksiyası ilə üzləşəcək.