“Linkoln”un (Cəbəllütariq) futbolçusu Qrem Torilya UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “atlılar”la ilk oyun haqda bunları deyib:
“Komandanın ümumi olaraq yaxşı oynadığını düşünürəm. Buraxılan qollarda etdiyimiz səhvlərdən başqa diqqətli olduq. Rəqibi bəzi epizodlarda çətinə sala bildiyimizi düşünürəm. Eyni zamanda, əks-hücumlarda daha aqressiv olmalıyıq”.
Qrem komandalar arasında Bakıda baş tutacaq cavab görüşündən də danışıb:
“İki top geridəyik və səfərdə çətin oyun olacaq. Lakin əlimizdən gələni edəcəyik. Son bir neçə oyundakı kimi bir-birimiz üçün hər şeyimizi verəcəyik və meydanı başı dik tərk edəcəyik”.
Görüş iyulun 30-da olacaq.