Limitin ləğvi İsmayılı narahat etmir: “Buna uyğun davranmalıyıq”

“Zirə” Azərbaycan Premyer Liqasının XXIII turunda “Sumqayıt”ı məğlub edib – 3:0.

Qəsəbə təmsilçisinin futbolçusu İsmayıl İbrahimli “Futbolpress.az“a açıqlamasında görüşlə bağlı fikirlərini bildirdi:

“Oyunun və qələbənin vacibliyini bilirdik. “Sumqayıt” yaxşı futbol oynayan komandadır. Onlarla matçlarımız həmişə maraqlı keçib. Üç xalı qazandığımıza görə şadıq. Hər oyun, xal bizimçün vacibdir. Çalışırıq ki, uğurlu seriyamızı davam etdirək”.

İbrahimli növbəti turun “Kəpəz”lə matçında gözləntilərini bölüşdü:

“Rəqib son turlarda yaxşı çıxış edir. Maraqlı oyun olacaq. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

Premyer Liqada yeni mövsümdə legioner limiti ləğv olunacaq. İsmayıl qərara münasibət bildirdi:

“Qərar qəbul olunub. Buna uyğun davranmalıyıq. Narahat olacaq durum yoxdur”.

Şahin Cəfərov