“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

“Lill”in baş məşqçisi Bruno Genesio bu gün Çempionlar Liqasında “Fənərbağça”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki. mütəxəssis hədəflərinin qələbə qazanmaq olduğunu deyib:

“Çempionlar Liqasında asan oyun yoxdur. Hər komandanı məğlub edə bilmək gücündə olmalıyıq. Azarkeşlərimizin də dəstəyi ilə qələbə qazanmaq üçün hər şeyimizi verəcəyik.

Daha əvvəl Türkiyədə “Fənərbağça”nın stadionunda oynamışam. Orda atmosferin necə möhtəşəm olduğundan xəbərdaram. İlk oyun bizim üçün vacibdir”.

Bu gün keçiriləcək “Lill” – “Fənərbağça” oyunu saat 22:30-da başlayacaq.