“Leypsiq”dən transfer

Almaniyanın “Leypsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçika “Leven”indən Ezekil Banzuzini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bazuzi yayda “Leypsiq”ə qoşulacaq.

20 yaşlı yarımmüdafiəçi bu mövsüm 31 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.