“Leypsiq” Olmoya əvəzləyici tapdı

“Lion”un futbolçusu Rayan Çerki karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Leypsiq”in diqqət mərkəzindədir. Bu barədə “Sky Sport” məlumat yayıb. Bundesliqa təmsilçisi Çerkini adı “Barselona” ilə hallanan Dani Olmoya əvəzləyici görür.

Rayan “Lion” formasıyla 141 oyunda 17 qol vurub, 25 məhsuldar ötürmə edib. O, Fransa yığmasının da üzvüdür.