Levandovskidən “Fənərbağça” ilə bağlı açıqlama

“Barselona”nın futbolçusu Robert Levandovski adının “Fənərbağça” ilə hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, polşalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:

“Fənərbağça” mənimlə əlaqəyə keçməyib. Bu haqda nəsə bilmirəm”.

“Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına kimi olan 35 yaşlı forvard kataloniyalılarla 95 oyunda 59 qol vurub.