Levandovski: “Mbappe “Real”a getsə…”

“Barselona”nın futbolçusu Robert Levandovski fransalı hücumçu Kilian Mappenin “Real”a mümkün keçidi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, polşalı forvard transferin onları qorxutmadığını deyib:

“Mbappe “Real”a getsə, çox güclənəcəklər. Ancaq biz özümüzə diqqət etməliyib. Komanda şəklində birləşməli, yaxşı hazırlıq keçməliyik. Hər şey qaydasında olsa, istənilən rəqibi məğlub edə bilərik”.

Levandovski bu mövsüm 48 oyunda 25 qol vurub.

Mbappe son mövsümdə PSJ-də çıxış edib. O, Paris klubunu azad agent kimi tərk edib və “Real”a keçəcəyi gözlənilir.