Levandovski: “Bu, şərəfdir”

“Barselona”nın futbolçusu Robert Levandovski açıqlama verib.

Futbolpress.az “Sport”a istinadən xəbər verir ki, polşalı hücumçu çıxışını dəyərləndirib:

“Qürur duyuram ki, belə bir klubda çoxlu qollar vururam. Məqsədlərim və olduğum yerlə fəxr edirəm. Qolların hər birinin mənimçün xüsusi mənası var. Bu, böyük şərəfdir”.

Levandovski 2022-ci ilin yayından “Barselona”da çıxış edir. O, 90 oyunda 56 qol vurub. Forvardın klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.