“Barselona” bu həftə milli komandalarının oyunlarında iştirak edən bütün futbolçularının yaxşı vəziyyətdə qayıtdığını açıqlayıb.
Futbolpress.az xəbər verir ki, “kataloniyalılar”ın kollektivi “Selta” ilə La Liqa matçı öncəsi cümə axşamı komandanın məşqinə qatılıblar.
Geri qayıdanlar arasında belindəki problemlərə görə Polşanın oyunlarını buraxan hücumçu Robert Levandovski də var. 10 günlük bərpa prosesindən sonra sağalan Robert həmişəki kimi yenidən məşqlərə başlayıb.