İngiltərənin “Lester” klubunun yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, “tülkülər”in sükanı Stiv Kuperə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kuper bu postda “Çelsi”yə baş məşqçi təyin edilən Enso Mareskanı əvəzləyib.
Kuper daha əvvəl “Liverpul”un akademiyasında, “Suonsi” və “Nottingem Forest”də işləyib.
“Lester” yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.