“Lester”in futbolçusu Kirnan Dyusberi-Holl karyerasını “Çelsi”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. London klubu 25 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
“Çelsi”nin yeni baş məşqçisi Enso Mareska ötən mövsüm “Lester”ə rəhbərlik edib. O, sabiq tələbəsini yenidən komandasında görmək istəyir.
Kirman 2021-ci ildən “Lester”in formasını geyinir. O, ötən mövsüm 49 oyunda 12 qol vurub, 14 məhsuldar ötürmə edib.