“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “tülkülər” “Genk”dən Bilal Əl-Hannusu transfer edib. Bu barədə insader Bob Fesen məlumat yayıb. “Lester” 20 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro ödəyəcək.
Futbolçu yaxın günlərdə İngiltərəyə gedərək tibbi müayinədən keçəcək.
Mərakeş yığmasının da üzvü olan Bilal ötən mövsüm Belçika çempionatında 37 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.