“Lester” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “tülkülər” son klubu “Kristal Pelas” olan Cordan Ayyunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Ayyu ötən mövsümdə Premyer Liqada 35 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.