Lempard İtaliya klubuna baş məşqçi təyin oluna bilər

İngiltərə millisinin sabiq futbolçusu Frenk Lempard İtaliyada işləyə bilər.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Roma”da baş məşqçi postuna əsas namizəddir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Roma”ya hazırda İvan Yuriç rəhbərlik edir. Mütəxəssisin yaxın zamanda istefaya göndəriləcəyi gözlənilir.

“Canavarlar” A Seriyasında 11 turdan sonra 13 xalla 11-ci sıradadır.

Lempard daha əvvəl “Çelsi” və “Everton”un baş məşqçisi olub. Mütəxəssis 2023-cü ilin yayından işsizdir.