“Qalatasaray” Mario Leminanın transferi ilə bağlı “Vulverhempton”la razılıq əldə edib.
Futbolpress.az xəbər verir ki, bu keçidə görə İstanbul təmsilçisi futbolçunun keçmiş klubuna 2 milyon 500 min avroluq transfer haqqı ödəyəcək.
Futbolçu ilə 2024-2025-ci il mövsümündən başlayaraq 1,5+1 illik müqavilə imzalanıb.
Buna görə də Leminaya 2024-2025 mövsümünün ikinci yarısı üçün 1.250.000 avro, 2025-2026 mövsümü üçün 2.500.000 avro və 2026-2027 mövsümü üçün istəyə bağlı olaraq 2.500.000 avro məbləğində ödəniş olunacaq.