Legioneri “Qarabağ”ı tərk edib?

Gürcüstanlı qapıçı Luke Quqeşaşvili “Qarabağ”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, o, az şans qazanmasından narazıdır və daha çox oynayacağı komandaya keçmək arzusundadır.

Məşhur “Transfermarkt” portalı da Quqeşaşvilinin “Qarabağ”dan ayrılacağını qeyd edib. Lakin klubdan hələ rəsmi açıqlama yayımlanmayıb.

25 yaşlı qapıçı 2023/24 mövsümündə 13 oyunda 10 qol buraxıb.