Mərakeşli futbolçu Əyyub Allaş “Qəbələ”dən ayrılıb.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Mövsümdə mənə və komandaya dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Burada hər kəsi – klub işçilərini, məşqçiləri, görünməyən zəhmətkeşləri nəzərdə tuturam. Həmişə məşqlərdə və oyunlarda əlimdən gələni etdim. Sizə ən yaxşısını arzu edirəm”.
Allaş bu mövsüm Premyer Liqada 33 oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib.
“Qəbələ” çempionatı sonuncu – 10-cu sırada bitirib və elitanı tərk edib.