Legioneri “Kəpəz”lə vidalaşdı

Gürcüstanlı futbolçu Mate Kvirkviya “Kəpəz”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bütün məşqçilərə, oyunçulara, azarkeşlərə ürəkdən təşəkkür edirəm. Çətin iki il keçirdik və məqsədlərimizə çatdıq. İnşallah, yenidən görüşəcəyik”.

Kvirkviyanın “Kəpəz”lə müqaviləsi başa çatıb. 27 yaşlı futbolçu ötən mövsüm 31 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə edib.