Leao karyerasını İspaniyada davam etdirə bilər

“Milan”ın Çempionlar Liqasından kənarlaşdırılması klubun portuqaliyalı vingeri Rafael Leao üçün soyuq duş kimi görünür.

Futbolpress.az xəbər verir ki, artıq Leaonun komandanı tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Hədəfin adı İspaniya, böyük ehtimalla “Barselona”dır.

İspaniya mətbuatının məlumatına görə Leao Çempionlar Liqasını qazana biləcək klubda oynamaq istəyir. Bu səbəbdən onun meneceri Xorxe Mendeş İspaniyanın aparıcı klublarından biri ilə müqavilə imzalamaq üçün əlindən gələni edir.

Bununla belə, Leao ilə maraqlanan komandalar arasında Premyer Liqadan “Arsenal” və “Çelsi” ilə yanaşı, “Bavariya” da var.