Azərbaycan millisi sabah yoldaşlıq oyununda Latviya ilə qarşılaşacaq. Skontoda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.
Azərbaycan yığması buna qədər 5 dəfə bu rəqiblə qarşılaşıb. Matçların hamısı yoldaşlıq oyunu çərçivəsində olub. 5 dueldə tərəflər hərəyə bir qələbə qazanıb, 3 görüş isə heç-heçə başa çatıb.
Azərbaycan millisi sonuncu dəfə 2022-ci ildə Maltada Latviya ilə qarşılaşıb və 0:1 hesabıyla məğlub olub. Yeganə qələbə 2018-ci ildə Riqada olub – 3:1.