“Səbail” eyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Bayıl təmsilçisi müdafiəçi Amir Bilalini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Son klubu Şimali Makedoniyada “Qostivar” olan Bilali daha əvvəl Monteneqroda “Sutyeska”, Qazaxıstanda “Akzayik”, Macarıstanda “Mezokovesd”, Rumıniyada “Akademiya Klince”, Albaniyada “Partizani”, “Teuta”, Sloveniyada “Çelye” kimi klublarda forma geyinib. O, İtaliyanın “Kremoneze” və “Latsio” klublarının aşağı yaş komandalarında çıxış edib.