“Latsio” və “Roma”da oynamış futbolçu “Neftçi”də

“Neftçi” daha bir transferini hayata keçirib.

Futbolpress.az xəbər verir ki, seneqal əsilli ispaniyalı müdafiəçi Mustafa Sek artıq “Neftçi” ailəsinin üzvüdür. 24 nömrəli formanı geyinəcək 28 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacaran Sek “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib, Niderland və Portuqaliya komandalarında oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.