“Atletiko”nun futbolçusu Xavi Qalan karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Latsio” müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Paytaxt klubu 29 yaşlı oyunçunun transferi üçün “Atletiko” ilə danışıqlara başlayıb.
İspan futbolçu 2023-cü ilin yayından Madrid klubunun formasını geyinir. Sol cinah müdafiəçisi ötən mövsüm La Liqada 19 oyunda meydana çıxıb.