“Barselona”nın prezidenti Xoan Laporta Çempionlar Liqasında “Bavariya” ilə oyundan öncə baş məşqçi Hans-Diter Flikə müraciət edib.
Futbolpress.az xəbər verir ki, kataloniyalıların rəhbəri mütəxəssisindən almanlara qarşı böyük hesablı qələbə istədiyini söyləyib:
“Flikin bizə borcu var. Daha çox qolla qazanmaq əla olardı, amma istənilən qələbə yaxşı nəticə olacaq”.
Flik “Bavariya”da işlədiyi dönəmdə “Barselona”nı 8:2 hesabıyla məğlub edib.
Sabah keçiriləcək “Barselona” – “Bavariya” oyunu saat 23:00-da start götürəcək.