Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, para-atletimiz dünya çempionatında T13 kateqoriyasında 100 metr məsafəyə qaçış üzrə finişə 11.94 saniyəyə çataraq qızıl medalı əldə edib.
Bu 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə Vəliyeva ötən il Parisdə təşkil edilən dünya çempionatında da 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanmışdı.