Portuqaliyalı menecer Jorje Mendeş “Qızıl top”a namizədini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Lamin Yamal “qızıl top”u qazanmağa layiqdir. O, bu mövsüm dünyanın ən yaxşı oyunçusudur. Onun səviyyəsi artıq “Qızıl top” üçün yetərlidir”.
Yamal bu mövsüm 42 oyunda 24 qol vurub, 16 məhsuldar ötürmə edib.