La Liqanın ən yaxşısı seçildi

İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, “Barselona”nın çalışdırıcısı Hans-Diter Flik bu mükafatın sahibi olub. Almaniyalı məşqçi  bu ay “Barselona” ilə liqada 4 oyunda qalib gəlib.

Flik oktyabr və avqust aylarında da bu mükafatı qazanıb.