La Liqada “Barselona”lı fərqləndirildi

İspaniya La Liqasında avqust ayının ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, bu, “Barselona”nın hücumçusu Rafinyadır. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu La Liqada ötən ay 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, ilk dəfə çempionatda bu mükafatı qazanıb.