La Liqa: “Betis”dən parlaq qələbə

İspaniya La Liqasında XXXII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, “Betis” 3 xalı 3 qolla qazanıb.

“Real” son dəqiqə qolu ilə qələbəyə sevinib.

“Barselona” möhtəşəm geridönüşlə qələbə qazanıb. “Atletiko” isə səfərdən xalsız qayıdıb.

Turun ilk günündə 1 görüş baş tutub. “Espanyol” minimal hesablı qələbəyə sevinib.

İspaniya La Liqası

XXXII Tur

18 aprel

Espanyol – Xetafe 1:0

Qol: M.Kumbulla, 39

19 aprel

Valyekano – Valensiya 1:1

Qollar: S.Tarreqa, 45 (avtoqol) – U.Sadiq, 75

Barselona – Selta 4:3

Qollar: F.Torres, 12, D.Olmo, 64, Rafinya, 68, 90+8 (pen.) – B.İqlesias, 15, 52, 62

Malyorka – Leqanes 0:0

Las Palmas – Atletiko 1:0

Qol: X.Munoz, 90+3

20 aprel

Valyadolid – Osasuna 2:3

Qollar: R.Moro, 49, M.Sila, 66 (pen.) – A.Budimir, 9, 60 (pen.), R.Qarsiya, 34

Vilyareal – Real Sosyedad 2:2

Qollar: Y.Pino, 7, A.Perez, 60 – M.Oyarzabal, 19 (pen.), 49

Sevilya – Alaves 1:1

Qollar: Pekui, 12 – K.Qarsia, 45+2

Real – Atletik 1:0

Qol: F.Valverde, 90+3

21 aprel

Jirona – Betis 1:3

Qollar: K.Stuani, 85 – C.Kardozo, 6, Antoni, 39, İsko, 42