La Liqa rəhbəri Messini fərqləndirdi

İspaniya La Liqasının prezidenti Xavyer Tebas açıqlama verib.

Futbolpress.az xəbər verir ki, o, yerli çempionatda oynamış futbolçunun Lionel Messi olduğunu deyib.

Tebas La Liqanın ən yaxşı ispan oyunçusunun isə Emilio Butragenyo olduğunu söyləyib.

Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. O, La Liqada 520 oyunda 474 qol vurub, 216 məhsuldar ötürmə edib.