La Liqa klubundan rekord transfer

“Jirona” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Uotford”dan Yaser Aspirilyonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

“Jirona” Yaser üçün 18 milyon avro ödəyib. Bu, klub tarixinin rekord transferidir.