La Liqa klubu Xamesi bəyənmədi

İspaniyanın “Valyekano” klubu yarımüdafiəçi Xames Rodriqes ilə yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi oyunçunun performansından narazıdır və onunla müqaviləyə xitam veriləcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Kolumbiyanın “Junior” klubu 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Xames bu mövsüm “Valyekano”da 7 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.